Gecə toqquşma olub

Gecə toqquşma olub

16 Aprel 2013 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakıda 3 avtomaşının toqquşması ilə nəticələnən yol qəzası baş verib. Nobel prospektində qeydə alının avtoqəza Neftçilər prospekti ilə hərəkətdə olan "BMW" və "London taksisi"nin toqquşması nəticəsində meydana gəlib. Belə ki, idarəetməni itirən "BMW" qarşıda hərəkət edən "London taksisi"nin arxasına çırpılıb. Taksi isə "Mercedes" markalı digər avtombillə toqquşub. Nəticədə hər üç avtomobil yol kənarındakı inşaat sahəsinin ərazisinə keçib.
Qeyd edək ki, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan "London taksisi"nin sürücüsü Şahin Xəlilov xəstəxanaya yerləşdirilib. Əraziyə gələn Nəsimi rayon polis idarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıb, sürücülərin ifadələrini alıblar. Faktla bağlı idarənin istintaq şöbəində araşdırmalar aparılır və müvafiq ekspertizalar təyin olunub. Qəzanın hansı sürücünün günahı ucabtından baş verdiyi bu ekspertizaların rəyindən sonra bəlli olacaq.

O.M.