Polis şöbəsində intihara cəhd edən şəxs xəstəxanada ölüb

Polis şöbəsində intihara cəhd edən şəxs xəstəxanada ölüb

15 Aprel 2013 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün öncə Lənkəran Rayon Polis Şöbəsində intihara cəhd edən şəxs bu gün xəstəxanada vəfat edib. Bu barədə Lənkəran Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, aprelin 11-də özünü Polis Şöbəsinin ikinci mərtəbəsindən ataraq intihara cəhd edən 1969-cu il təvəllüdlü Velədi kənd sakini, əvvəllər məhkum olunan Cəmil Babayev bu gün xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Daxili İşlər Nazirliyi aprelin 12-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsində baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, aprelin 11-də saat 12.00 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməliyyat müvəkkili, polis mayoru Elçin Fətullayevin 2-ci mərtəbədə yerləşən xidməti otağına oğurluqda şübhəli şəxs qismində gətirilmiş Velədi kənd sakini, əvvəllər məhkum olunmuş Cəmil Babayev pəncərədən özünü atıb. Faktla bağlı araşdırma aparılır.

O.M.