Polis şəhidin evinə od düşdü

Polis şəhidin evinə od düşdü

5 May 2011 10:18
Bəyəndim (0) Bəyənmədim (0)


Rəcəb Tayyib Ərdoğanın polis karvanında olan Rəcəb Şahin dünənki xain hücumdan sonra vəfat etdi. Uşaqlarının şəhid olduğunu öyrənən ata Nuri Şahin, ana Aynur Şahin və nənə Tənzilə Şahin demək olar ki, şoka girdilər. Onlar dərhal Hövzə Dövlət Xəstəxanasına çatdırıldılar. Polis məmurunun ailəsini nazir Mustafa Dəmir ziyarət edərək, başsağlığını dilə gətirdi. Xəstəxananın terapiya xidmətində müalicə altına alınan ata Nuri Şahin göz yaşları içində, 'Vətən sağ olsun", - dedi. Ana Aynur Şahin isə, "Oğlum, quzunu kimə əmanət edib gedirsən?" - deyə fəryad etdi. Kədərli ailəni nazir Mustafa Dəmir ilə Samsun təhlükəsizlik müdiri Hulusi Çelik sakitləşdirməyə çalışdı. Şəhidin cənazəsi bu gün Samsuna göndərildi.


Türklər demişkən, alov düşdüyü yeri yandırar...

Günel Həbib

O.M.