Polis əməkdaşı adam öldürdü

Polis əməkdaşı adam öldürdü

15 Aprel 2013 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Samux-Gəncə avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə səhər saatlarında qeydə alınıb. Niyaməddin Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Samux-Gəncə yolunda yüksək sürətlə gedərkən yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Hadisə yerinə yardıma gələn Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Qoşqar Fərəcov "Opel" markalı avtomobili yol kənarında saxlayıb. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin sahə müvəkkili, Kəlbəcər rayon sakini, 1987-ci il təvəllüdlü Valeh Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobili "Opel"ə çırpıb. Nəticədə "Mercedes"in sərnişini, 1984-cü il təvəllüdlü Mehman Mədətov hadisə yerindəcə dünyasını dəyişib. "Opel" markalı avtomobilin sürücüsü Qoşqar Fərəcov isə müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.