Azərbaycanda jurnalistin evi partladı

Azərbaycanda jurnalistin evi partladı

15 Aprel 2013 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Şamaxı şəhərində mənzildə qaz partlayışı baş verib, ev sahibi ağır yanıq xəsarətləri alıb. Hadisə şəhərin Niyazi Nəcəfov küçəsindəki 40 saylı mənzildə qeydə alınıb.
Məlumata görə, ev sahibi 1961-ci il təvəllüdlü Ələkbərzadə Çingiz Həmzə oğlu evin qızdırılması üçün quraşdırılan kombini işə salarkən onun içərisinə dolan qazdan xəbərsiz olub və qəflətən baş verən partlayış zamanı mənzilin bir otağı tamamilə dağılıb, digər otaqlara da ziyan dəyib.
Hadisə nəticəsində "Ədalət" qəzetinin bölgə müxbiri olan Çingiz Ələkbərzadə müxtəlif yanıq xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bədəninin müxtəlif nahiyyələrindən II və III dərəcəli yanıq diaqnozu qoyulan Çingiz Ələkbərzadənin vəziyyəti sonradan daha da ağırlaşdığı üçün o təcili olaraq Bakı şəhərinə aparılıb.

O.M.