Qobustanda 20 yaşlı qız yandı

Qobustanda 20 yaşlı qız yandı

15 Aprel 2013 11:24
657
Bəyəndim (0) Bəyənmədim (0)

Qobustan rayonunda mənzildə partlayışı baş verib. Məlumata görə, hadisə rayonun Ərəbşalvaş kəndində yerləşən evlərin birinin hamamında qazla ehtiyatsız davranma nəticəsində baş verib. Hadisə nəticəsində atasına məxsus evdə yaşayan 1993-cü il təvəllüdlü Cavadova Aynur Şahmərdan qızı ağır yanıq xəsarətləri alıb. Məlumata görə, qız kəndə təbii qazın verilişinin qısa müddətdə dayandırılmasından və sonra isə bərpasından xəbərsiz olub. Aynur Cavadova hamamdakı kustar üsulla hazırlanmış su qızdırıcısını işə salmaq istəyərkən ehtiyatsızlıq edib və qaz partlayışı baş verib. Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan Aynur Cavadova Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hal-hazırda vəziyyətdi qənaətbəxşdir.

O.M.