Ər 25 yaşlı arvadının meyitini tapdı

Ər 25 yaşlı arvadının meyitini tapdı

15 Aprel 2013 11:07
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda faciə...

Bakı şəhərinin Binəqədi rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ev 13 ünvanında kirayə yaşayan 1988-ci il təvəllüdlü Cüciyeva Şəfaqət Ramazan qızının meyiti həmin ünvandan tapılıb. Evə gələn Ş.Cüciyevanın həyat yoldaşı Fərhad onun meyitini yataq otağından tapıb. İlkin məlumata görə, 25 yaşlı qadın dəm qazından boğulub. Faktla əlaqədar araşdırmalar aparılır, ekspertizalar təyin edilib. Qeyd edək ki, Ş.Cüciyeva yeni ailə həyatı qurub və F.Cüciyevlə Bakıya gəlib.

O.M.