Üç gün əvvəl dənizdə itkin düşmüş balıqçı tapıldı

Üç gün əvvəl dənizdə itkin düşmüş balıqçı tapıldı

13 Aprel 2013 13:07
Bəyəndim (0) Bəyənmədim (0)
O, artıq dəfn olunub

Dənizdə itkin düşmüş balıqçının meyiti tapılıb. Yerli sakinlərin verdikləri məlumata görə, iki gün öncə dənizdə itkin düşmüş Masallı rayonunun Təzəkənd kənd sakini, 1981-ci il təvəllüdlü Elsevər Mehman oğlu Allahverdiyevin meyiti bu gün səhər saat 10.00 radələrində balıqçılar tərəfindən aşkarlanıb. Meyit ailəsinə təhvil verildikdən sonra dəfn olunub.

Qeyd edək ki, aprelin 11-ə keçən gecə iki nəfər Masallı rayon sakini qayıqla dənizə balıq ovuna çıxıb, lakin hava küləkli olduğundan qayıq çevrilib. Qayıqda olan 1979-cu təvəllüdlü Niyaməddin Mirzəxan oğlu Ağayev üzərək sahilə çıxıb, 1981-ci il təvəllüdlü Elsevər Mehman oğlu Allahverdiyev isə itkin düşüb.

O.M.