Bazar günü havadan nə gözləyək?

Bazar günü havadan nə gözləyək?

13 Aprel 2013 12:11
Bəyəndim (0) Bəyənmədim (0)
Hava durumu

Sabah ölkə ərazisində arabir güclənən xəzri küləkləri bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

İstirahət günündə Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 16-20 dərəcə isti olacaq. Aprelin 14-də bölgələrdə də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlədə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 6-15, gündüz 19-24 dərəcə, dağlıq rayonlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Qeyd edək ki, aprelin 13-dən 15-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 13-ü gündüzdən 14-ü səhərədək arabir güclənən xəzri küləyi bəzi smeteohəssas insanlarda diskomfort hissi yarada bilər.

O.M.