Bankomatların fəaliyyəti dayandırılacaq

Bankomatların fəaliyyəti dayandırılacaq

13 Aprel 2013 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 15-dən aprelin 16-na keçən gecə "Azericard" xidmət göstərməyəcək. Azərbaycan Beynəlxalq Bankının 100 faiz mülkiyyətində olan "Azericard" prosessinq mərkəzi sistemin texniki yeniləşməsi işlərinə başlayır. Mərkəzdən verilən məlumata görə, bununla əlaqədar olaraq, aprelin 15-dən aprelin 16-na keçən gecə prosessinq mərkəzinin fəaliyyəti saat 00:00-dan 06:00-a qədər dayandırılacaq.

O.M.