Gecə ev yandı, iki nəfər yaralandı

Gecə ev yandı, iki nəfər yaralandı

13 Aprel 2013 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda ev yanıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin hamam otağının və dəhlizinin lambirdən ibarət tavanı 18 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər ev sakini yanıq xəsarətləri alıb. Onlar Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıblar. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.