İstirahət günləri yağış yağacaq

İstirahət günləri yağış yağacaq

12 Aprel 2013 14:54
Bəyəndim (0) Bəyənmədim (0)
Xəzri küləyinin arabir güclənməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi xəbərə görə, axşam buludluğunun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 13-18 dərəcə isti olacaq.
Aprelin 13-dən 14-ə keçən gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacaq. Aprelin 14-də hava şəraitinin gün ərzində dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 16-20 dərəcə isti olacaq.
Rayonlarda da ayın 13-də arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Bölgələrdə qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 6-15, gündüz 18-23 dərəcə, dağlıq rayonlarda gecə 2-7, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcə isti olacaq.
Aprelin 14-də də bölgələrdə hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 6-15, gündüz 19-24 dərəcə, dağlıq rayonlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Aprelin 13-dən 15-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 13-14-də arabir güclənən xəzri küləkləri bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.