“Jiquli” “Kamaz”ın altına girdi: ölən var

“Jiquli” “Kamaz”ın altına girdi: ölən var

12 Aprel 2013 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Sumqayıt şəhərinin Novxanı bağlar massivinə düşən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. İki avtomaşının toqquşması sürücülərdən birinin həyatı bahasına başa gəlib. Avtoqəza Binəqədi-Novxanı yolunda qeydə alınıb. Belə ki, 57 yaşlı Abdullayev Zülfi Abdulla oğlu Corat qəsəbəsindən Binəqədi istiqamətində idarə etdiyi "VAZ 2106" markalı minik maşını qarşı tərəfdən gələn "Kamaz" markalı yük maşını ilə toqquşub.
Qeyd edək ki, hadisə yolda olan sərt döngələrin birində baş verdiyindən Zülfi Abdullayevin idarə etdiyi minik maşını yük maşınının qoşqusuna çırpılıb və hətta zərbənin gücündən qoşqunun oxlarından biri yerindən çıxıb. Hadisə nəticəsində minik maşını ciddi deformasiyaya uğrayıb və buna görə də sürücü Zülfi Abdullayev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Yol qəzasının təfərrüatlarınının araşdırılması ilə Sumqayıt şəhər polis idarəsinin istintaqçıları məşğuldur. Hadisə yeri müayinə olunub və müvafiq ölçü götürülüb. Həmçinin yük maşınının sürücüsü ifadəsinin alınması üçün şəhər polis idarəsinə aparılıb. İlkin ifadəsində o, yol qəzasının qəfildən baş verdiyini deyib. Faktla bağlı hazırda araşdırmalar davam edir.

O.M.