23 yaşlı oğlan özü-özünü bıçaqladı

23 yaşlı oğlan özü-özünü bıçaqladı

12 Aprel 2013 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda gənc bir oğlana bıçaq xəsarəti yetirilib. Hadisə rayonun Bilgəh qəsəbəsi, 28 may küçəsində baş verib. Həmin ünvanda yaşayan 23 yaşlı Kərimov Elman Malik oğlu qarnının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və dərhal da əməliyyat otağına qaldırılıb. Həkimlər hazırda Elman Kərimovun əməliyyatdan sonrakı vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Hadisənin səbəblərini isə Sabunçu Rayon Polis İdarəsinin istintaqçıları araşdırır. Yaxınlarının polisə verdiyi ilkin məlumata görə, Elman Kərimov xəsarəti özü-özünə yetirib. Hazırda polis bu faktın üzərində araşdırmalar aparır.

O.M.