4 yaşlı uşağn barmaqlarını ətçəkən maşın çəkdi

4 yaşlı uşağn barmaqlarını ətçəkən maşın çəkdi

12 Aprel 2013 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədi rayonunda dörd yaşlı uşağın əli ətçəkən maşında qalıb. Laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 4 yaşlı Əliyeva Cəmilə Məzahir qızının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb və o Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. FHN-nin Qarabağ Regional Mərkəzinə məlumat daxil olduqda dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıb. Diqqətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində uşağın 4 barmağı ciddi xəsarətlər alıb və vəziyyəti ağır olduğundan o, paytaxt xəstəxənalarından birinə göndərilib.

O.M.