Ev sahibəsinin külü yanan evdən çıxarıldı

Ev sahibəsinin külü yanan evdən çıxarıldı

12 Aprel 2013 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Masallı şəhərində ev yanıb, bir nəfər ölüb. Oxumeni.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Masallı şəhərində 1938-ci il təvəllüdlü Muxtarova Səkinə Əbil qızına məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi (yataq xəstəsi) S. Ə. Muxtarovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

O.M.