Səfər Əbiyev: “Xankəndinə uçuşlar müharibə şəraiti aradan qalxandan sonra baş tuta bilər”

Səfər Əbiyev: “Xankəndinə uçuşlar müharibə şəraiti aradan qalxandan sonra baş tuta bilər”

11 Aprel 2013 13:29
Bəyəndim (0) Bəyənmədim (0)
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı Dağlıq Qarabağ konfliktinin bölgədə yaratmış olduğu gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Problemin indiyədək həll edilməməsinin səbəbləri üzərində dayanan nazir S. Əbiyev BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini qonağın diqqətinə çatdırıb. Nazir təəssüflə bildirib ki, beynəlxalq qurumların münaqişə ilə bağlı gözləmə mövqeyi tutması təcavüzkarın daha da şirniklənməsinə fürsət verir.
Görüş zamanı Xankəndinə uçuşlara nazirin münasibətini öyrənmək üçün A.Kobieratiskinin verdiyi sualı S.Əbiyev belə cavablandırıb: "Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunu üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir".

O.M.