Balıqçı gəmisi batdı: bir nəfər öldü

Balıqçı gəmisi batdı: bir nəfər öldü

11 Aprel 2013 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzərin Azərbaycan sektorunda balıqçı gəmisi batıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə dünən baş verib. Balıq tutmaq üçün dənizə çıxan Masallı rayon sakinləri – 32 yaşlı Elsevər Allahverdiyev və 34 yaşlı Niyaməddin Ağayevin olduğu balıqçı gəmisi çevrilib. Nəticədə E. Allahverdiyev suda boğularaq ölüb. N. Ağayev isə üzərək sahilə çıxmağa müvəffəq olub. Hazırda E. Allahverdiyevin meyitinin tapılması istiqamətində tədbirlər davam etdirilir.

O.M.