Bakıda “Hanımeller" şirniyyat evinin qapısına möhür vuruldu

Bakıda “Hanımeller" şirniyyat evinin qapısına möhür vuruldu

11 Aprel 2013 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov 41, ev 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zülfiyyə Rəcəbovaya məxsus "Hanımeller" kulinariya evində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisənin istehsal olunan məhsullar üçün müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatı və resepturaları mövcud deyil, müxtəlif adlı tortlar, pirojnalar, şərq şirniyyatları, kulinariya məmulatları kortəbii şəkildə istehsal olunur, məhsulların markalanması aparılmır, məhsulların üzərində istehsal tarixi, saxlanma müddəti, saxlanma şəraiti, qida və enerji dəyəri haqqında məlumatlar göstərilmir.
Eyni zamanda məhsulların keyfiyyəti və təhlükəsizliyinin normativ sənədlərə uyğunluğunu əks etdirən gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsul istehsalında istismar olunan ölçmə vasitələri isə müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Aşkar olunmuş nöqsanlara görə fiziki şəxs Zülfiyyə Rəcəbovaya məxsus "Hanımeller" kulinariya evində biskvitli kremli tortun və şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.

O.M.