Tələbələr Bakı Biznes Mərkəzindəki sərgi ilə tanış olublar

Tələbələr Bakı Biznes Mərkəzindəki sərgi ilə tanış olublar

5 May 2011 09:58
Bəyəndim (0) Bəyənmədim (0)


Memarlıq və İnşaat Universitetinin tələbələri Bakı Biznes Mərkəzində təşkil edilmiş ölkəmizin sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri əks etdirən sərgi ilə tanış olublar. İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən tələbələrə sərgi barədə ətraflı məlumat verilib.


İştirak edən tələbələrə bildirilib ki, sərgidə quraşdırılmış tablolarda hər bir region üzrə elektron məlumat toplusu yaradılıb. Bu toplularda hər bir iqtisadi rayon üzrə müfəssəl məlumatlar öz əksini tapıb. Bundan əlavə, sərgidə interaktiv məlumat lövhəsi qoyulub. Lövhədə ölkənin iqtisadi və inzibati rayonlarının elektron pasportları yerləşdirilib.


Sərgidə həmçinin, ilk dəfə Azərbaycan məhsullarının kataloqu nümayiş etdirilir. Kataloqda 170-dən çox şirkətin istehsal etdiyi 1600-dən çox məhsul haqqında məlumat toplanıb. Sərgidə ölkəmizin investisiya mühiti və biznes imkanlarına həsr olunmuş xüsusi məlumat toplusu da yerləşdirilib.


Tələbələr əyani şəkildə iqtisadiyyatımızın inkişafı ilə tanış olsalar da, bunu maddi vəziyyətlərinin yaxşılığa doğru inkişafında görmək istəyərdilər.

Hafiz Əhmədov

O.M.