Lənkəranda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb

Lənkəranda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb

11 Aprel 2013 10:54
609
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) növbətçi hissəsindən verilən məlumata görə, hadisə aprelin 10-da saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Sakit Qadir oğlu Bayramovun idarə etdiyi "VAZ-2107" markalı, 42 BM 987 dövlət nömrə nişanlı avtomobil Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Cavanşir Fəyaz oğlu Tahirovun idarə etdiyi "VAZ-21074" markalı, 10 GL 595 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə "VAZ-21074"-nin sərnişini, rayonun Vilvan kənd sakini, 1981-ci il təvəllüdlü Qadir Məhərrəməli oğlu Rzayev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Həmin avtomobilin sürücüsü ilə digər avtomobilin sərnişinləri - Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü İdrak Salman oğlu Paşayev və Osakücə kənd sakini, 1969-cu il təvəllüdlü Arzu Əsəd oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Müalicə-Diaqnostika mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

O.M.