“Audi Q7"də  “Vinçestr"lə özünü öldürdü

“Audi Q7"də “Vinçestr"lə özünü öldürdü

11 Aprel 2013 10:52
Bəyəndim (0) Bəyənmədim (0)
B.Məmmədov sahibkarlıqla məşğul olub

Azərbaycanda sahibkar özünü güllələyib. Bu barədə Abşeron rayon Prokurorluğundan bildirilib. Hadisə Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində qeydə alınıb. Abşeron sakini, 1974-cü il təvəllüdlü Bəxtiyar Barat oğlu Məmmədov özünə məxsus "Audi Q7" markalı, 90 RA 353 dövlət nömrə nişanlı avtomobildə "Vinçestr" markalı silahdan atəş açaraq özünü öldürüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, B.Məmmədov sahibkarlıqla məşğul olub.

O.M.