Binəqədidə silah-sursat tapılıb

Binəqədidə silah-sursat tapılıb

11 Aprel 2013 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb. Oxumei.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər.
Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd 100 millimetrlik top mərmisi (döyüş başlıqsız), 1 ədəd 122 millimetrlik top mərmisi (döyüş başlıqlı), 1 ədəd 82 millimetrlik minaatan mərmisi (döyüş başlıqlı) və istifadəyə yararsız 25 ədəd PQ-7 atımlarının hissələridir. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.

O.M.