Torpaq uçqununun altında qalaraq can verdi

Torpaq uçqununun altında qalaraq can verdi

11 Aprel 2013 08:59
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saatlarında Quba rayonu ərazisində bədbəxt hadisə baş verib. 1968-ci il təvəllüdlü Quba rayonunun Amsar kənd sakini Nuxcanov Cavid Abdulla oğlu torpaq uçqunun altında qalaraq dünyasını dəyişib. Hadisə su anbarının tikintisi üçün aparılan qazıntı işləri zamanı qeydə alınıb. Yoldaşları onu torpağın altında çıxararaq Quba Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

O.M.