15 yaşlı məktəbli evdən çıxıb, geri qayıtmayıb: o, kimlərin əlindədir?

15 yaşlı məktəbli evdən çıxıb, geri qayıtmayıb: o, kimlərin əlindədir?

11 Aprel 2013 08:57
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə məktəbli itkin düşüb. Şəhərdəki 39 saylı orta məktəbin şagirdi olan Anar Piriyevdən 3 gündür ailəsi xəbər tuta bilmir. 15 yaşlı Anar məktəbə getmək adı ilə evdən çıxıb və bir daha qayıtmayıb. Ailə üzvləri onun dostları və sinif yoldaşları ilə əlaqə saxlasa da, onlar məktəblinin harada olması barəsində məlumatlı olmadıqlarını deyiblər. Anar Piriyevin anası Təranə Hüseynova açıqlamasında oğlunun internet fırıldaqçıları tərəfindən aldadılmasını ehtimal etdiyini deyib. Ananın sözlərinə görə, Anar son vaxtlar internetdə yazışmalara çox vaxt ayırıb. Faktla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsində axtarış tədbirləri həyata keçirilir. Anar Piriyev haqqında məlumatı olanlar Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edə bilərlər.

O.M.