Yağış yağacaq

Yağış yağacaq

10 Aprel 2013 13:21
Bəyəndim (0) Bəyənmədim (0)
19 dərəcə isti olacaq

Aprelin 10-dan 11-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq, yağıntılar səhər tədricən kəsiləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək. Aprelin 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 5-10, gündüz 18-23, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti təşkil edəcək.

O.M.