Düşmən əsgərimizi yaraladı

Düşmən əsgərimizi yaraladı

10 Aprel 2013 11:13
Bəyəndim (0) Bəyənmədim (0)
19 yaşlı Şıxsəfiyev Fərhadın vəziyyəti normaldır

Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Hadisə dünən cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu düşmən gülləsinə tuş gəlib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. O yaralı əsgərin vəziyyətinin normal olduğunu bildirib. F. Şıxsəfiyev Bakının Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, dünən qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində N saylı hərbi hissənin leytenantı, 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.

O.M.