Şengen ləğv oluna bilər

Şengen ləğv oluna bilər

5 May 2011 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Afrikadan mühacirətin artması ilə bağlı narahatlıqlar fonunda Avropa Komissiyası Şengen azad hərəkət zonasında sərhəd qaydalarının sərtləşdirilməsini dəstəkləyib. Avropa Komissiyasının açıqlamasında bildirilir ki, miqrasiya axınının fövqəladə dərəcədə artması hallarında sərhədlərdə yoxlanışın tətbiqi həyata keçirilə bilər.

Məsələ mayın 12-də Avropa İttifaqı daxili işlər nazirlərin görüşündə müzakirə olunacaq ki, İttifaqın yay sammitində yekun qərar qəbul oluna bilsin. İyun ayında keçəcək zirvə görüşündən əvvəl Avropa İttifaqının daxili işlər komissarı Sesilia Malmstroem bu təşəbbüsü məcburən atılacaq addım kimi təsvir edib. Sesilia Malmstroem, "Şenqen zonasında sabitliyin qorunması naminə müstəsna hallarda daxili sərhəd nəzarətinin müvəqqəti tətbiqi nəzərdə tutulur", deyib. O, ittifaqın xarici sərhədlərinin xüsusi təzyiq altında olduğunu deyib. Lakin Malmstroem eyni zamanda Avropanın alınmaz qalaya çevriləcəyi ilə bağlı narahatlıqların əsası olmadığını bildirib.

"Avropa İttifaqı müdafiəyə ehtiyacı olanlar və bəzi hallarda əmək miqrasiyası üçün açıq qalmalıdır". Bu təşəbbüs immiqrasiya siyasətinin sərtləşdirilməsinə dair genişlənən çağırışlar fonunda elan olunub. Mövcud qaydaları İtaliya ilə Fransada tənqid edir. Bu ölkələr mühacirətlə bağlı əsas yükün altında qaldıqlarını deyərək Avropa İttifaqından kömək umurlar.

İtaliyada daimi oturma haqqı aldıqdan sonra fransız dilli mühacirlər Fransaya keçirlər. Paris qonşusunu problemin "ixracında" qınayır. Hazırda Fransa İtaliyadan gələn mühacirəti dayandıraraq Şenqen razılaşmalarının nəzərdən keçirilməsinə çağırıb. Şengen zonasına daxil 25 ölkədə mal və işçi qüvvəsinin hərəkəti sərbəstdir və bu İttifaqın əsas nailiyyəti hesab olunur.


Qaçqınları Avropaya buraxmaq istəmirlər. Ancaq bir vaxtlar özləri də Hitlerin əlindən qaçaraq Asiyada sığınacaq tapırdılar. İstənilən halda tarix unudulduqda təkrarlanır...

Elvin Babayev

O.M.