Ağac maşının üstünə aşdı, sürücü yerindəcə keçindi

Ağac maşının üstünə aşdı, sürücü yerindəcə keçindi

10 Aprel 2013 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Qazax yolunda hərəkətdə olan avtomobilin üstünə ağac aşıb, sürücü hadisə yerində ölüb. Oxumeni.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 400-cü kilometrliyində Şəmkir rayonu ərazisində 1962-ci il təvəllüdlü Mehdiyev Lətif Musa oğluna məxsus "VAZ" markalı minik avtomobili hərəkətdə olarkən yol kənarındakı ağac onun üzərinə aşıb. Nəticədə avtomobil idarəetməni itirərək yolun kənarına yuvarlanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sürücünün meyitini təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil verib.

O.M.