Lobya dənəsi azyaşlı uşağı öldürdü

Lobya dənəsi azyaşlı uşağı öldürdü

9 Aprel 2013 13:09
Bəyəndim (0) Bəyənmədim (0)
Balaca boğularaq ölüb

Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 2-ci Zabrat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, azyaşlı Nərgiz İsmayılovanın boğazında lobya dənəsi qalıb və o, boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

O.M.