Hava soyuyacaq

Hava soyuyacaq

9 Aprel 2013 13:15
Bəyəndim (0) Bəyənmədim (0)
Temperatur 4-7 dərəcə düşəcək

Azərbaycan ərazisində havanın temperaturu 4-7 dərəcə aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcəyədək isti təşkil edəcək.

O.M.