Türk vətəndaşı Bakıda qeybə çəkildi

Türk vətəndaşı Bakıda qeybə çəkildi

9 Aprel 2013 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Türkiyə vətəndaşı itkin düşüb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, 1978-ci ildə Türkiyə Respublikasında anadan olmuş və Z.Xəlilov küçəsi ev 26, mənzil 1 ünvanında yaşayan Aktaş Surkan Ənvər oğlu ərizə ilə müraciət edib. O bildirib ki, eyni evdə yaşadığı qardaşı Aktaş Yalçın Ənvər oğlu naməlum istimqamətdə gedib və bir daha geri qayıtmayıb. Qardaşı Y.Aktaşın xarakterik əlamətlərini polisə bildirib. Hazırda onun tapılması istiqamətində iş aparılır.

O.M.