"Mercedes"lər toqquşdu, biri digərini sürüdü

"Mercedes"lər toqquşdu, biri digərini sürüdü

9 Aprel 2013 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda "Mercedes" markalı avtomobilin sürücüsünün işıqfordan düzgün istifadə etməməsi ağır yol qəzasına səbəb olub. Yol hərəkət qaydasının pozulması iki "Mercedes" markalı avtomobilin toqquşması ilə nəticələnib. Qeyd edək ki, 2013-cü ilin ilk 3 ayı ərzində 251 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 75 nəfər ölüb, 272 nəfər isə xəsarət alıb. Hadisələrin baş verməsinə əsas səbəb sürət həddinin aşılması (49%) olub.

O.M.