Bu gün havanın temperaturu 25 dərəcə olacaq

Bu gün havanın temperaturu 25 dərəcə olacaq

5 May 2011 06:00
Bəyəndim (0) Bəyənmədim (0)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 5-də hava şəraitinin gün ərzində əksər rayonlarda yağmursuz keçəcəyi, lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.


Nəhayət ki, hava qızdı. Qoy bu hərarət soyuq qəlbləri qızdırsın...

Elvin Babayev

O.M.