Televizor partladı, ev yandı, 80 yaşlı kişi öldü

Televizor partladı, ev yandı, 80 yaşlı kişi öldü

9 Aprel 2013 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdam rayonunda faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Dördyol qəsəbəsi ev 507 ünvanında televizor partlayıb. Nəticədə evdə yanğın başlayıb, orada tək yaşayan 1933-cü il təvəllüdlü Babayev Bəhmən Rza oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əl və bel nahiyəsindən 1-ci dərəcəli yanıq xəsarətləri alan 80 yaşlı kişi Bərdə rayon təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 80 yaşlı B.Babayevin həyatını xilas etmək mümkün olmayıb. Faktla əlaqədar araşdırmalar aparılır. B.Babayevin televizorun partlaması nəticəsində yaranmış zərbənin təsiri ilə aldığı xəsarətlərdən öldüyü bildirilir.

O.M.