13 yaşlı məktəbli özünü güllələdi

13 yaşlı məktəbli özünü güllələdi

9 Aprel 2013 11:23
Bəyəndim (0) Bəyənmədim (0)
Yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir

Qobustan rayonunda 13 yaşlı oğlan özünü öldürmək istəyib. Rayon Prokurorluğundan verilən məlumata görə, Nabur kəndində, 2000-ci il təvəllüdlü Kərimov Röyal Nərbala oğlu özünü güllələyib. Yeniyetmə oğlan 16 kalibrli ov tüfəngi ilə döş qəfəsinə atəş açıb. Ailə üzvləri onu əvvəlcə rayon xəstəxanasına oradan isə Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirib. Orta məktəb şagirdi olan R.Kərimovun hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil. İntihara cəhd etmiş yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.

O.M.