25 yaşlı əsgərimiz şəhid oldu

25 yaşlı əsgərimiz şəhid oldu

9 Aprel 2013 11:07
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə dünən Ağdamda baş verib

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid olub. Hadisə cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun leytenantı Şəhriyar Bəhramqulu oğlu Məmmədov düşmən gülləsinə tuş gəlib. O, aldığı güllə yarasından şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə dünən saat 20.00 radələrində qoşunların təmas xəttinin Ağdam rayonunun Kəngərli kəndi istiqamətində baş verib. N saylı hərbi hissənin leytenantı, 1988-ci il təvəllüdlü Məmmədov Şəhriyar Bayramqulu oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.

O.M.