Ölümünün ardından polis bölməsinə gələn şok zəng

Ölümünün ardından polis bölməsinə gələn şok zəng

4 May 2011 22:12
Bəyəndim (0) Bəyənmədim (0)


Səudiyyə Ərəbistanında adı ən çox axtarılanların siyahısında olan Əl-Qaidə təşkilatının bir üzvünün polisə təslim olmaq istədiyi bildirildi. DİN-in sözçüsü general Mansur Əl Türki verdiyi açıqlamada adı ən çox axtarılanlar siyahısında olan Xalid Hathal Abdullah Əl Atif Əl Kahtaninin yeri təyin olunmayan bir ölkədən zəng etdiyini bildirib. Bu zəngdə Usama tərəfdaşı ölkəyə qayıtmaq istədiyini etiraf edib. Əl Türki Əl Kahtaninin nə vaxt ölkəyə gətiriləcəyi mövzusunda isə bir kəlmə belə olsun dilinə gətirməyib. Əl Kahtaninin Əl-Qaidə təşkilatının lideri Usama Ben Ladenin öldürülməsindən sonra təslim olan ilk tərəfdaş olacağı güman edilir.


O da güman edilir ki, adıçəkilən şəxs də ABŞ qarşısında missiyasını yekunlaşdıraraq "təqaüdə" göndərilir...

Günel Həbib

O.M.