Avtomobil körpüdən asılıb qaldı

Avtomobil körpüdən asılıb qaldı

9 Aprel 2013 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakının Xətai rayonu ərazisində avtomobil yolötürücü tunelin sürahilərinə çırpılıb. Hadisə Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişdiyi dairədə qeydə alınıb. Baş vermiş avtoqəza zamanı Yusif Səfərov küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən "Opel" markalı avtomaşın bir anlıq idarəetmənin itirilməsi nəticəsində yoldan çıxıb və sürahilərə dəyərək dayanıb.
Qeyd edək ki, avtomobil Babək prospektindən Yusif Səfərov küçəsinə gedən yolötürücü tunelin sürahilərinə çırpılsa da, beton qatının daxilindəki armaturlar onu aşağı düşməyə qoymayıb və avtomaşın asılı vəziyyətdə qalıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib, sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
Avtoqəzanın baş verdiyi ünvana Bakı şəhər baş dövlət yol polis idarəsinin əməkdaşları cəlb olunub və hadisə yeri müayinə edilib. İlkin versiya olaraqsa qəzanın yüksək sürət səbəbindən meydana gəldiyi ehtimal olunur.

O.M.