Sabah isti 30 dərəcəyə yüksələcək

Sabah isti 30 dərəcəyə yüksələcək

8 Aprel 2013 13:44
Bəyəndim (0) Bəyənmədim (0)
Aprelin 10-da isə güclü külək gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, bəzi yerlərdə 30, dağlarda gecə 7-12, gündüz 16-21, bəzi yerlərdə 24 dərəcəyədək isti olacağı gözlənilir.
Aprelin 09-da Abşeron yarımadasında mülayim isti yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 10-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

O.M.