Gəncədə iki  zəhərlənmə faktı baş verib

Gəncədə iki zəhərlənmə faktı baş verib

8 Aprel 2013 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhər sakini dəm qazından zəhərlənib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə şəhərin Bayan küçəsində yaşayan, 1979-cu il təvəllüdlü Fərid Qarayev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilərək F. Qarayevi xilas etmək mümkün olub. Gəncə sakini, 1997-ci il təvəllüdlü, 9-cu sinif şagirdi Ülviyyə Nəsirova isə ağrıkəsici dərmandan zəhərlənib. Xəstəxanaya yerləşdirilən məktəblinin vəziyyətinin normal olduğu bildirilir.

O.M.