"QAZel"lə hərbçi vuruldu

"QAZel"lə hərbçi vuruldu

8 Aprel 2013 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə yolu keçmək istəyən hərbiçini avtomobil vurub. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Göygöl rayon Qızılqaya qəsəbə sakini, 1984-cü il təvəllüdlü Avazov Kənan idarə etdiyi "QAZel" markalı avtomobillə şəhərin Nərimanov prospektində qəza törədib. O, yolu keçmək istəyən, Gəncədəki "N" saylı hərbi hissədə müddətdən artıq xidmət keçən Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Mahmur Musayevi vurub. Bədən xəsarətləri alan əsgər hərbi hospitala yerləşdirilib. Onun səhhətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.