Bakı Bulvarında möhtəşəm layihə

Bakı Bulvarında möhtəşəm layihə

8 Aprel 2013 10:20
Bəyəndim (0) Bəyənmədim (0)
Tikinti nə vaxt bitəcək?

Sahildən dənizə doğru quraşdırılan estakadanın son tamamlanma işləri görülür. Artıq estakadanın kənar tərəflərinə artıq ağ rəngli üzlüklər çəkilib, işıqlandırma sistemi quraşdırılıb, oturacaqlar qoyulub. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasında bildirdi ki, həmin estakadada son işlər getsə də, nə vaxt açılacağı məlum deyil. Rəis müavininin sözlərinə görə, əvvəllər "Sadko" restoranı olan estakada yenidən qurulub və uzunluğu əvvəlkindən daha 100 metr də artırılıb. Estakadanın qurtaracağında səkkizguşəli qanadları var və onun mərkəzində restoran olacaq. Qeyd edək ki, sahildən dənizə doğru estakadanın uzunluğu 555 metr, eni 22 metr, dəniz səviyyəsindən hündürlüyü 2,4 metr və ümumi sahəsi 34673 kv.m olacaq.

O.M.