“BMW” 22 yaşlı xanım sürücüsünü "öldürdü"

“BMW” 22 yaşlı xanım sürücüsünü "öldürdü"

8 Aprel 2013 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı-Sumqayıt yolunda, Xırdalan qəsəbəsinə gedən hissədə "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və beton hasara çırpılıb. Nəticədə avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Vays Samira Karlovna aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib. Avtomobildə olan sərnişinlər Babanlı Vüqar Valeh oğlu və Səlimov Fuad Faiq oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar araşdırmalara aparılır, müvafiq ekspertizalar təyin edilib.

O.M.