Ərdoğanın qorumasına silahlı hücum

Ərdoğanın qorumasına silahlı hücum

4 May 2011 21:20
Bəyəndim (0) Bəyənmədim (0)
1 polis ölüb, 2-si isə yaralıdır


Türkiyə baş nazirinin maşınını müşayiət edən polis karvanı atəşə tutulub. Bir polis şəhid olub, ikisi isə yaralanıb.


Baş nazir Ərdoğanın Kastamonu mitinqi üçün o bölgəyə gedən polis qrupları Ankaraya dönüş yolunda silahlı hücuma məruz qalıblar. Dərhal hadisə yerinə təcili tibbi yardım maşınları çağırılıb. Ancaq təəssüf ki, bir qanun keşikçisinin həyatını qurtarmaq mümkün olmayıb.


Hadisəni eşidər-eşitməz olaya münasibətini bildirən baş nazir Rəcəb Tayyib Ərdoğan bunları dilə gətirib: "Kədərliyəm, çünki Kastamonudan ayrıldıqdan sonra karvanımızdakı polislər atəşə tutulublar. Bir polis qardaşımız şəhid olub, iki polis qardaşımız da yaralıdır. Şəhidlər ölməz, vətən bölünməz!"


Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü...

Günel Həbib

O.M.