Bu gün temperatur 29 dərəcəni göstərəcək

Bu gün temperatur 29 dərəcəni göstərəcək

8 Aprel 2013 09:16
Bəyəndim (0) Bəyənmədim (0)
Həftənin ilk iş gününün hava proqnozu

Həftənin ilk iş günündə bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün hava əsasən yağmursuz olacaq. Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Temperatur gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq. Bakıda gecə 9-11, gündüz 20-22 dərəcəyə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 6-11, gündüz 19-24 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 29 dərəcəyədək yüksələcək. Dağlarda isə gecə 5-10, gündüz 16-20 dərəcəyədək isti olacağı gözlənilir.Həftənin ilk iş günündə bəzi yerlərdə 29 dərəcəyədək isti olacaq.

O.M.