Azərbaycanda son bir gündə 9 yol qəzası oldu

Azərbaycanda son bir gündə 9 yol qəzası oldu

6 Aprel 2013 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 5-də Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 6 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, baş vermiş 21 yol-nəqliyyat hadisəsi nəticəsində daha 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən ağır hadisə isə Sumqayıt şəhərində qeydə alınıb. Burada minik avtomobili ata və azyaşlı qızını vurub və hər iki piyada həlak olub. Digər ölümlə nəticələnən yol qəzaları paytaxtın Nizami rayonunda, Bakı-Qazax, Bakı—Şamaxı-Yevlax yolunda və Lənkəran rayonlarında baş verib. Aprelin 5-də Bakıda baş vermiş 9 yol qəzasında 10 nəfər yaralanıb.

O.M.