"KamAZ" "Opel"in üstünə çıxdı: sürücü keçindi

"KamAZ" "Opel"in üstünə çıxdı: sürücü keçindi

6 Aprel 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 6-na keçən gecə Ağsu rayonunda ağır yol qəzası baş verib. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Eyyubbəyli kəndi ərazisində, Bakı-Yevlax yolunun 170-ci kilometrliyində "ATF" tikinti şirkətinə məxsus "KamAZ" markalı yük avtomobili ilə 1981-ci il təvəllüdlü Ağakişiyev Araz Yaşar oğluna məxsus "Opel" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü A.Ağakişiyev ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib və avtomobildə olan digər vətəndaş müxtəlif bədən xəsarətləri alıb. Meyit və xəsarət alan şəxs yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 23:30-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

O.M.