Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

6 Aprel 2013 09:54
Bəyəndim (0) Bəyənmədim (0)
20 dərəcəyədək isti olacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb. Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 16-21, bəzi yerlərdə 25 dərəcəyədək isti olacağı gözlənilir.
Rayonlarda isə hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam ayrı-ayrı cənub rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 27, dağlarda gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.

O.M.