"Mazda" ata ilə dörd yaşlı qızını sürüdü

"Mazda" ata ilə dörd yaşlı qızını sürüdü

6 Aprel 2013 09:50
Bəyəndim (0) Bəyənmədim (0)
Piyadalar hadisə yerindəcə keçiniblər

Aprelin 5-də Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, 1983-cü il təvəllüdlü Nuriyev İlham Ağasəf oğlu idarə etdiyi "Mazda" markalı avtomobillə Qaflanov Sabir Təvəkkül oğlunu və onun 4 yaşlı qızı Ayanı vurub. Nəticədə hər iki piyada aldıqları ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Məlumata görə, zərbənin gücündən ata və azyaşlı qızı xeyli məsafə aralıya düşüblər. Yaxınlıqdakı şəxslərin də cəhdlərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

O.M.